Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2017

Yevlaxda maarifləndirici tədbir keçirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icması tərəfindən “Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir” layihəsi çərçivəsində “Siyasi-ideoloji baxımdan İslam fundamentalizmi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Tofiq Mustafayev dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib. Tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurmanın baş vermədiyini bildirən icma sədri milli-mənəvi dəyərlərimizin təbliğatının bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib.  
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov İslam dininin radikal düşüncələrdən uzaq olduğunu bildirərək, İslam ideologiyasının bəşəriyyətə yalnız sülh və mehribanlıq gətirməkdən ibarət olduğunu deyib.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.