Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.03.2021

Yevlaxda 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin  əməkdaşı Fərid Vaqifli, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova və gənclər iştirak ediblər.

Çıxışlarda XIX əsrdən başlayaraq ermənilərin Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək istədiyi və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətdiyi bildirilib. 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulduğu, qocaların, qadınların və uşaqların amansızcasına qətlə yetirildiyi, qədim tarixi abidələrin məhv edildiyi qeyd edilib. 31 mart hadisələrinə hüquqi qiymətin məhz 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi və həmin tarixdən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğu vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.