Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.12.2015

Yevlax şəhər, Xaldan kənd “Cümə” məscidi dini icması müraciət yaydı

Yevlax şəhər, Xaldan kənd “Cümə” məscidi dini icması və dindarları Sabunçu rayonunun Nardaran  qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər. Müraciətdə qeyd olunur ki, respublikamızda din-dövlət münasibətləri möhkəm və sağlam təməl üzərində qurulmuşdur: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir və sadiq olaraq qalacaqdır. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil”.

Müraciətdə o da vurğulanır ki, respublikamızda bütün dini etiqadlara bərabər şərait yaradılıb, eyni zamanda, həm dinlərarası, həm də məzhəblərarası münasibətlər çox yüksək səviyyədədir.

Dindarlar təəssüflə bildirirlər ki,  dövlətin dini sahəyə diqqət və qayğısına baxmayaraq, özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurum ölkəmizdə təxribat əməlləri törədərək, cəmiyyətimizdə narahatlıq yaradıb: “Müsəlman Birliyi Hərəkatı” adlandırılan qondarma qurumun təxribat əməllərini biz Yevlax şəhər, Xaldan kənd “Cümə” məscidi dini icması və dindarları olaraq qınayırıq. Hadisə zamanı xidməti fəaliyyətini yerinə yetirərkən şəhid olmuş polis əməkdaşlarına Allahdan rəhmət diləyirik”-deyə, müraciətdə qeyd olunur.