“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda onlayn seminar keçirilib
Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Ağsu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda onlayn seminar keçirilib.
Seminarda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Ağsu rayon Gənclər və İdman İdarəsinin rəisi Azər Kərimov, eləcə də idarənin əməkdaşları, Ağsu rayon Heydər Əliyev Mərkəzinin könüllüləri və fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, insan və cəmiyyətin davamlı inkişafı, rəqabətə qabil şəxsiyyətin yetişdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə apara bilən vətəndaşın formalaşdırılması təhsillə, təlim-tərbiyə işinə son dərəcə ciddi elmi yanaşmalarla bağlıdır. Bu baxımdan dini radikalizmə və ekstremizmə qarşı mübarizədə təhsilin böyük rolu olduğu qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

