Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2021

Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” adlı onlayn seminar keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı  seminarın mövzusunun aktuallığı qeyd edilərək radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar, o cmlədən gələcək təhlükəsi haqqında ətraflı məlumat diqqətə çatdırılıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Ölkə ərazisində dini sahədə sabitliyin təmin edilməsi məqsədi ilə dövlətimiz tərəfindən  görülən mühüm və ardıcıl işlər haqqında məlumat verilərək bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Vurğulanıb ki, cəmiyyət arasında radikalizm və ekstremizmin təbliği istiqaməti üzrə fəaliyyət göstərən xüsusi dini qruplaşmalara, qeyri-ənənəvi dini cərəyanlara qarşı qətiyyətli mübarizə aparılmalıdır. Bunun üçün  elektron informasiya resurslarında bu anlayışlar ilə bağlı məlumatlara daha geniş yer verilməli, şagirdlər, tələbələr ilə davamlı görüşlər keçirərək onlarla maarifləndirici, mənəvi-əxlaqi söhbətlər edilməli, valideynlər və müəllimlər tərəfindən yeniyetmələrin sosial şəbəkə fəaliyyətinə  nəzarət gücləndirilməli, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkili üçün münbit şərait yaradılmalıdır.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.