Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2016

Yardımlıda “Uşaq hüquqlarının qorunması” mövzusunda müzakirələr aparılıb

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə M.F.Axundov adına Yardımlı şəhər 1 saylı orta məktəbində respublikamızda elan edilmiş “Uşaq aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Hüseynli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Ombudsmanın təşəbbüsü ilə  elan edilmiş “Uşaq aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması” barədə geniş məlumat verib, İslam dininin dəyərlərindən danışıb, dövlətimizin uşaqlara qayğısı barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, Yardımlı rayon Təhsil şöbəsinin nümayəndəsi Daməd Nəzərov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Süleymanov, məktəbin direktoru Nəsib Qurbanov  İslamın sevgi, mərhəmət dini olduğunu, İslamda valideynlərin uşaqlar üzərində öhdəliyi, gənc nəslin vətənpərvər ruhda böyümələri üçün təhsil müəssisələrinin qarşısında duran önəmli vəzifələr barədə danışıblar. Natiqlər Qurani-Kərim və İslam Peyğəmbərinin həyatından konkret misallar çəkməklə  uşaqların mənəvi-əxlaqi kamilliyə çatmasında valideyn-məktəb-şagird münasibətlərinin əhəmiyyətindən söhbət açıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.