Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.09.2016

Yardımlıda “Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib

Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Yardımlı şəhərində dini icma sədrlərinin və dindarların iştirakı ilə respublikamızda elan edilmiş “Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Hüseynli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, Çay-üzü kənd məscidi dini icmasının sədri Əli Cəbiyev, Avaş kənd məscidi dini icmasının sədri Fikrət Fərzullayev, Yardımlı rayon Təhsil şöbəsinin müdir müavini Vəli Nağıyev, rayon Gənclər və İdman idarəsinin rəis müavini Rövşən Süleymanov İslamın sülh və sevgi dini olduğunu, İslam tarixində dahi şəxsiyyətlərin sülh və barışa hörmətlə yanaşdıqlarını, bu gün dünyada baş verən proseslərdə İslam dininin mövqeyi barədə danışıblar.
Qeyd olunub ki, sülh və əmin-amanlıq tərəfdarı olan dövlətimizin, ölkəmizdə hökm sürən sabitliyin təmin olunmasında cənab Prezidentimizin xüsusi xidmətləri var və bunu dünya dövlətləri də dəyərləndirirlər. İşğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması istiqamətində atılan addımlar da dövlətimizin sülhə, barışa olan mövqeyidir.
Sonda din xadimləri qeyd ediblər ki, bu gün rayon məscidlərində Cümə xütbələri “İslam dini sülh dinidir” mövzusunda olacaq.