Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.02.2017

Yardımlıda “Multikulturalizm və məzhəblərarası dialoqun təşviqi” mövzusunda tədbir keçirilib

Fevralın 13-də Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yardımlı rayonu Çayüzü kənd məscidi dini icmasının “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Multikulturalizm və məzhəblərarası dialoqun təşviqi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı şəhər 2 saylı tam orta məktəbin direktoru Xədicə Abdullayeva, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, gənclər və müəllimlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli Azərbaycanda multikultural dəyərlərin  qorunması üçün atılan addımlardan söhbət açıb, bu sahədə ötən il qazanılan uğurları xüsusi qeyd edib.
Yardımlı şəhər 2 saylı tam orta məktəbin direktoru Xədicə Abdullayeva çıxışında multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək olduğunu vurğulayıb, ölkə başçısı cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini əlamətdar hadisə kimi dəyərləndirib. 
Tədbirdə Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev və digərlərinin də mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin dini maarifləndirmə ilə bağlı nəşr etdirdiyi kitabçalar və digər çap məhsulları paylanılıb.