04.06.2018
Yardımlıda “İnsan hüquqlarının qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib
İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində Yardımlı Rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqlarının qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Yardımlı şəhər dini icmasının sədri Asif Ağayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli insan hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı da daxil olmaqla bütün insan hüquq və azadlıqları təmin olunur.
Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov bildirib ki, insan hüquqlarının təmini istiqamətində həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas tərkib hissəsidir. Natiq qeyd edib ki, respublikamız iqtisadi cəhətdən inkişaf etdikcə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları cəmiyyət həyatında getdikcə daha dolğun, real məzmun kəsb etməyə başlayır.
Yardımlı şəhər dini icmasının sədri Asif Ağayev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov və başqaları insan hüquqlarının qorunmasında mənəvi dəyərlərimizin rolundan söhbət açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)