Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.05.2016

Yardımlıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Komitənin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Yardımlı Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Şücaət İbişov, Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, dini icma üzvləri və rayon gəncləri iştirak ediblər.
Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev layihə barədə məlumat verərək bildirib ki, “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirmə işləri davam edir. Gənc nəsilə  multikultural və tolerantlıq dəyərlərinin aşılanması, onların radikal təsirlərdən qorunması, gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb və  hər bir gənc övladımızın Vətənə və dövlətə sədaqətlə xidmət etmələri, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olması qeyd edilib.
DQİDK-nın Dini qurumlarla iş şöbəsinin əməkdaşı Vüqar Hümmətov layihənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, radikal dini cərəyanların fəaliyyəti yolverilməzdir və buna qarşı təkcə dövlət orqanları, hüquq-mühafizə təşkilatları deyil, hər bir vətəndaş, hər bir ziyalı kəskin mübarizə aparmalı, gənc nəslin həqiqi İslami dəyərlərə yiyələnməsinə köməklik göstərilməlidir. Eyni zamanda, sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılmasını ilə yanaşı, gənclərin  zərərli vərdişlərdən uzaqlaşdırılması, müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlərin bundan sonra da həyata keçiriləcəyini bildirib.
Tədbir iştirakçıları qarşısında çıxış edən Yardımlı rayon Gənclər və İdman idarəsinin nümayəndələri Şəhriyar Şəbiyev, Nicat Mahmudov, Rövşən Süleymanov da çıxış edərək tədbirin də əsas məqsədinin  multikultural və tolerant mühitdə gənclərin radikalizmdən qorunması və ona qarşı mübarizənin əhəmiyyəti, dövlət-din münasibətlərində maarifləndirici tədbirlərin davamlı olması, dini ədəbiyyatlardan geniş istifadə edilməsi barədə fikirlərini bölüşüblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və Yardımlı Rayon icra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Şücaət İbişov da Azərbaycan cəmiyyətində multikultural dəyərlərin inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrildiyini qeyd ediblər və mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi üçün radikal təsirlərin qarşısının alınması üçün lazım olan məqamlara toxunublar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.