Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.08.2021

Yardımlıda Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir keçirilib

Avqustun 4-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasının oxu zalında DQİDK-nın 20 illik fəaliyyəti və Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev və Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin  direktoru Rahim Səfərov və başqaları çıxış edərək ölkəmizin beynəlxalq müstəvidə tolerant və multikultural dəyərləri özündə ehtiva edən bir model formalaşdırdığını qeyd ediblər. Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə müxtəlif adda dini təyinatlı ədəbiyyatların çap edilməsindəki əsas məqsədin gənclərin radikal təsirlərdən qorunması, ölkəmizin tolerant və multikultural ənənələrinin, milli-mənəvi dəyərlərimizin təbliği və gənclərin yad dini ideologiyalardan qorunması olduğu da diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb və onlara kitablar hədiyyə olunub.