Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.06.2016

Yardımlıda “Azərbaycan xalqının tolerantlıq ənənələrinin tarixi” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən bölgələrdə tədbirlər keçirilməkdə davam edir.
İyunun 22-də Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icması rayon Tarix-diyarşünaslıq muzeyində “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Azərbaycan xalqının tolerantlıq ənənələrinin tarixi” mövzusunda tədbir keçirib.
Tədbirdə Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktor müavini Əlisəfa Əhmədov, muzeyin əməkdaşları, Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Yardımlı şəhər məscidi dini icmasının sədri Asif Ağayev layihə barədə məlumat verərək qeyd edib ki, “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirmə işləri uğurla davam edir. Bildirilib ki, tarixən mövcud olmuş və bu gün də davam edən tolerantlıq ənənələrimizin dəyərləndirilməsi, bu  dəyərlərimizə hörmətlə yanaşılması xüsusi önəm daşıyır.
Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktor müavini Əlisəfa Əhmədov da layihənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, son dövrlərdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması tarixi tolerantlıq ənənələrimizin inkişafını təmin edir.
Sonra tədbir iştirakçılarına Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.
Tədbir iftar süfrəsi arxasında səmimi söhbətlə davam edib