Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.04.2019

Yardımlıda “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Aprelin 10-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müzəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”  mövzusunda tədbir keirilib.

Yardımlı rayonu Ənvər Mirzəyev adına Honoba kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin  rəhbəri Ziya İsmayılov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Yardımlı Rayon Təhsil şöbəsinin əməkdaşı Nəci Bağırov, ziyalılar  və gənclər  iştirak ediblər.

İlk öncə  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov çıxışında bildirib ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü və dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli qeyd edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Döyüş bölgəsində  gedən  dörd günlük ağır döyüşlərdə Azərbaycan ordusu düşmənə layiqli zərbələr endirdi və bir  çox strateji məntəqələr geri alındı. Döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.

İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzin  rəhbəri Ziya İsmayılov Aprel döyüşlərindən danışaraq vurğulayıb ki, bu döyüşlər bütün dünyaya Azərbaycan ordusunun gücünü və qələbə əzmini nümayiş etdirdi.

Daha sonra 2016-cı ilin aprelində Lələtəpə uğrunda döyüşlərdə  şəhid olan Nurəddin Mirzəyevin məzarı ziyarət olunub və şəhidin ruhuna dualar oxunub