Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.05.2015

YAP İcra katibinin müavini Mübariz Qurbanlı Böyük Britaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsinin rəhbəri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı mayın 1-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz bölməsinin rəhbəri xanım Emma Beynzi partiyanın mənzil qərargahında qəbul edib.
Görüşdə ictimai-siyasi münasibətlər, Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ərəfəsində həyata keçirdiyi layihələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen Makkormik görüşdə iştirak edib.