Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.05.2019

Xudat şəhərində “Dini radikalizmlə mübarizə: necə? nə etməli?” mövzusunda seminar-terninq keçirilib

Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xudat şəhəri Heydər Əliyev muzeyində “Dini radikalizmlə mübarizə: necə? nə etməli?” mövzusunda seminar-terninq keçirilib.

Tədbirdə DQİDK və RİH-in əməkdaşları, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev mövzunun əhəmiyyətindən danışıb. Natiq bildirib ki, dini radikalizm müasir dövrün ən böyük bəlalarındandır.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə qeyd edib ki, dini radikalizmlə mübarizənin əsas istiqamətlərindən biri düzgün maarifləndirmədir. O, təəssüflə vurğulayıb ki, hazırda dini radiklizmə ən çox gənclər məruz qalırlar. Şöbə müdiri gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün təhsilin və sağlam həyat keçirməyin önəmini diqqətə çatdırıb. C.Əlifzadə onu da bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dini düzgün şəkildə, olduğu kimi çatdırmaqdır.

DQİDK-nın  əməkdaşı Tərxan Paşazadə “Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin məqsədləri və əsas prinsipləri” mövzusunda elektron-təqdimatla çıxış edib. O, təqdimatda dini ekstremizm termini, dini ekstremizmin yaranması, ona qarşı mübarizə üsullarından bəhs edib.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxış edərək respublikamızda dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə metodlarından danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırııb.