24.02.2016
“Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda tədbir keçirilib
Fevralın 23-də Masallı şəhəri Gənclər mərkəzində Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 26 fevral Xocalı faciəsinin ildönümünə həsr edilmiş “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir!” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman idarəsinin sədi Camal Manafov Xocalı Faciəsini XX-əsrin ən dəhşətli soyqırımı adlandıraraq, bu faciənin törədilməsindən və faciədə həlak olanların sayı, həmçinin, bu faciədə erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri insanlığa sığmayan vəhşiliklərindən danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov tədbirdə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, çıxışında erməni qəsbkarlarının tarixən azərbaycan xalqına qarşı çoxlu qətliyamlar törətməsindən, eyni zamanda elə Xocalı şəhərində 3-cü dəfə belə vəhşilikləri həyata keçirməsindən danışıb.O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 26 fevralın bu faciənin anım günü olaraq qeyd edilməsini rəsmiləşdirib. K.Bağırov dovlətimizin, xüsusən də “Xocalıya ədalət” kompaniyasının rəhbəri Leyla Əliyevanın bu soyqırımın dünyada tanıdılılmasında apardığı müstəsna fəaliyyətini önə çəkib.
Sonda Xocalı soyqırımında həlak olanların xatirəsi yad edilərək onların ruhuna dualar oxunub,eləcə də Xocalı faciəsinə həsr olunmuş “Xocalı harayı”adlı filmə baxılıb.