Xızıda “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib
Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin və Xızı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyanın fərdi və ictimai təhlükələri" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, Xızı Rayon Polis Şöbəsinin rəisi Faiq Hüseynov, Xızı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Vaqif Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verilib. Narkomaniya və onun fəsadlarından söhbət açılıb, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
