Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2016

Xızıda “Dini radikalizm və onun fəsadları” mövzusunda müzakirələr aparılıb

Oktyabrın 24-də Xızı  rayonu  Giləzi qəsəbəsində yerləşən tam orta  məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt  bölgəsi üzrə  şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin birgə  təşkilatçılığı  ilə “Dini  radikalizm və onun fəsadları” mövzusunda  tədbir  keçirilib.
Tədbirdə DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev, Xəyal Qocayev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri  Şirin Cəfərov, əməkdaşı Ülvi Məmmədov, Xızı  Rayon İcra  Hakimiyyətinin  nümayəndəsi  Ceyhun İsgəndərov,  din xadimləri və  gənclər  iştirak ediblər.
Tədbiri  giriş sözü  ilə  açan Xızı  Rayon İcra  Hakimiyyətinin  nümayəndəsi Ceyhun İsgəndərov müasiri  olduğumuz dövrdə bu kimi tədbirlərin həyata keçirilməsinin zəruriliyindən danışıb. Qeyd edib ki, bu gün dövlət  siyasətinin prioritet istiqamətlərindən biri də  dövlət-din  münasibətlərinin tənzimlənməsi və  dini radikalizmə  qarşı mübarizədir.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov çıxış edərək bildirib ki, sözügedən mövzu olduqca  aktualdır. Dini radikalizm təhlükəsinin qarşısını  almaq üçün  din xadimlərinin,  ziyalıların üzərinə  çox  böyük  iş  düşür. O,  bu sahədə maarifləndirmə  işinin  əhəmiyyətini geniş şərh edib.
DQİDK-nın əməkdaşı  Ülvi Məmmədov da çıxış edərək dini radikalizmə  aparan  dini  fanatizm və  dini fundamentalizmin mahiyyətini izah edib.  Natiq onu da  bildirib  ki,  aparılan profilaktik və  preventiv tədbirlər nəticəsində radikal,  zərərli  dini  cərəyanların fəaliyyəti xeyli  zəiflədilib,  ölkədən kənarda qanunsuz silahlı birləşmələrə qoşulma halları  aradan  qaldırılıb.
Sonra  çıxış  edən DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev beynəlxalq  terrorizmin bir  qolu  kimi  dini  radikalizmə  qarşı  mübarizənin qanunvericilik  əsaslarını şərh  edib.
Tədbir  qarşılıqlı  fikir  mübadiləsi  şəraitində  yekunlaşıb.