Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.03.2018

Xırdalanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Bakı Dövlət  İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, kollecin direktor müavini İradə Xudiyeva və müəllim-tələbə kollektivi iştirak edib.
Kollecin direktor müavini İradə Xudiyeva keçirilən maarifləndirmə tədbirin əhəmiyyətli olduğunu və tələbələrin məlumatlandırılmasına hər zaman ciddi ehtiyac olduğunu bildirib. İ.Xudiyeva din adından istifadə edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışan şəxslərə qarşı hər kəsin diqqətli olmasının vacibliyini nəzərə çatdırıb. O, Dövlət Komitəsinin bu istiqamətdə həyat keçirdiyi işləri yüksək qiymətləndirib və ötən il kollecdə “Fitnə” sənədli filminin nümayiş etdirildiyini söyləyib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov öncə Dövlət Komitəsinin fəaliyyət sferası və gördüyü işlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin müxtəlif dini cərəyanların yaranma tarixindən, zərərli dini qrupların təbliğat metodlarından bəhs edib. Qeyd edib ki, gənclərin belə radikal qrupların təsirinə düşməməsi üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Natiq eyni zamanda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilmiş “Şəhadət” sənədli filmi haqqında da məlumat verərək bildirib ki, ekran əsərində Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid qəhrəmanlarımızından, eləcə də dini fanatizmin, radikalizmin təsirinə məruz qalaraq qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.