Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.05.2019

Xəzər rayonunda maarifləndirici tədbir keçirilib

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər rayonu Şağan qəsəbəsi Füzuli Gözəlov adına 124 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Günel Zahidova, məktəbin direktoru Sevda Abdullayeva, 123, 156, 181, 183, 230, 237 və 323 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, valideyn icması nümayəndələri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan direktor Sevda Abdullayeva uşaq və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi istiqamətində ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlərin həyata keçirilməsinin zəruriliyindən bəhs edib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov milli-mənəvi dəyərlərimizin tarixi köklərindən, milli kimliyimizin formalaşmasında oynadığı roldan bəhs edib, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizə sahib çıxmağın vacib olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.