Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.06.2016

Xəzər rayonunda “İslamda qardaşlıq prinsipi” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “İslamda qardaşlıq prinsipi” layihəsi çərçivəsində iyunun 6-da növbəti maarifləndirici tədbir keçirilib.
Xəzər rayonu Binə qəsəbəsində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Novruz Nuriyev, Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində atılan müsbət addımlardan, Azərbaycan məscidlərində vəhdət və birliyə çağırışlarla bağlı mütərəqqi təşəbbüslərdən söhbət açıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində atılan mütərəqqi addımlar dinləyicilərin diqqətinə çatdırılıb. 
Sonda Bakı şəhəri üzrə şöbənin əməkdaşı Novruz Nuriyev, “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov və dindarlar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.