05.03.2016
Xəzər rayonunda “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Novruz Nuriyev, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev, Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslamda ailə institutu və cəmiyyətimizin milli-mənəvi dəyərlərə əsaslanan ailə prinsiplərindən, dini ekstremizmin ailələrdə və ümumilikdə qlobal cəmiyyətdə törətdiyi münaqişə və fəsadlardan söhbət açıb.
Daha sonra Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov, məscidin axundu Miralim Ağayev və dindarlar mövzu ilə bağlı fikirlərini bildiriblər.