07.09.2016
Xəzər rayonunda "Azərbaycan multikulturalizmi sülh və sabitliyin təminatçısı kimi" mövzusunda tədbir keçirilib
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində "Azərbaycan multikulturalizmi sülh və sabitliyin təminatçısı kimi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları, Xəzər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev, rayon ərazisində fəaliyyət göstərən dini icma sədrləri, ziyalılar iştirak ediblər.
Xəzər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev tədbirlər haqqında məlumat verərək, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamından danışıb. Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında dini icmaların rolundan, Azərbaycan multikulturalizminin tarixi köklərindən söhbət açıb. Bildirib ki, Azərbaycan müxtəlif din və millətlərin sülh və əmin-amanlıq içərisində birgəyaşayış prinsiplərinə hər zaman sadiq qalan ölkədir və dövlət rəhbərliyinin yürütdüyü siyasətin bu mühitin qorunmasında müstəsna rolu vardır.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
.jpg)
.jpg)