Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.05.2018

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 171 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Günel Zahidova və Aslan Sultanov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun baş məsləhətçisi Fuad Əsgərov, məktəbin direktoru Zemfira Məsiyeva, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Z. Məsiyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı M. İbrahimov Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu Azərbaycan xalqına xidmət etdiyini və xalqımızın rifahı üçün çalışdığını diqqətə çatdırıb.

DQİDK–nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı G. Zahidova Ümummilli Liderin daim gənclərə dəstək olduğunu qeyd edib.