Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2017

Xətai rayonunda "Şəhadət" sənədli filmi nümayiş olunub

Noyabrın 3-də Xətai Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xətai rayonu general M.Əsədov adına 29 nömrəli orta məktəbdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mirdaməd Sadıqov gələcək nəslin milli-vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam əqidəli gəncliyin, nümunəvi cəmiyyətin formalaşması istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib.
Xətai RİH başçısı Aparatının nümayəndəsi Məhəmməd İbrahimov ölkəmizdə İslam dəyərlərinin, mədəniyyətinin qorunması, sülh şəraitində birgəyaşayışın, multikultural dəyərlərin daha da möhkəmləndiyinin vurğulandığı geniş məruzə ilə çıxış edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyi olduğunu, tolerantlıq, dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin qorunub-saxlanması ilə bağlı olduğunu bildirib. Bu gün dünyada milli və dini zəmində baş verən münaqişələrə, radikalizm və ekstremizmi təbliğ edən ideologiyalara qarşı  tutarlı mübarizə vasitəsi olaraq dini maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
Daha sonra film nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.