Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.01.2016

Xətai rayonunda növbəti maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xətai rayonu Əhmədli qəsəbəsi dini icmasının “Tolerantlıq yurdu - Azərbaycan” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Xətai rayonu Əhmədli qəsəbə məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Emin Həsənov, Əhmədli qəsəbə məscidi dini icmasının sədri Murad Cəfərov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı E.Həsənov Azərbaycandakı tolerant mühitdən, ölkəmizdəki dini konfessiyaların birgəyaşayış prinsiplərindən danışıb. Şöbə əməkdaşı dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədilə dini maarifləndirmə işinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Əhmədli qəsəbə məscidi dini icmasının sədri Murad Cəfərov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.