03.04.2017
Xətai rayonunda “İslam barışıq və həmrəylik dinidir” mövzusunda maarifləndirmə tədbiri baş tutub
Aprelin 3-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Xətai rayonu 269 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“İslam barışıq və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Amal Məlikov, məktəbin direktoru Alla Vəzirova, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktor A.Vəzirova radikal dini cərəyanların gənclərimizin milli-mənəvi ruhda yetişməsinə mənfi təsir göstərdiyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə şəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov dini radikalizmlə mübarizədə maariflənmənin mühüm rol oynadığını və bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlərin görüldüyünü bildirib.
Tədbirin sonunda şagirdlərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
.jpg)
.jpg)