Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2017

Xətai rayonunda “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində növbəti tədbir keçirilib

İyunun 2-də Xətai rayonu 147 nömrəli texniki-humanitar liseydə “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində “İnsan Hüquqları Günü”nə həsr olunmuş  tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov, Fidan Aslanova, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İnal Heydərli, məktəbin direktoru Arif Əsədov, direktor müavini Vüsalə Rzayeva və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov ölkəmizdə insan hüquqlarının müdafiəsi məqsədi ilə qəbul olunmuş mühüm qanun və proqramlar barədə məlumat verib. O, həmçinin uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsi üçün dövlət səviyyəsində görülən işlərdən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova insan, vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin ölkəmizdə ümumdövlət vəzifəsi hesab edildiyini bildirib.
Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İnal Heydərli isə öz çıxışında deyib ki, tədbirin məqsədi şagirdlərə insan hüquqlarının mahiyyət və məzmununu açıqlamaq, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxartmağa yönəltmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.
Məktəbin direktoru Arif Əsədov və direktor müavini Vüsalə Rzayeva insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda çıxışlar edibər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.