11.11.2016
Xətai rayonunda Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib
Noyabrın 11-də Bakı şəhəri Xətai rayonu 260 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Vasif Musayev, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, məktəbin direktoru Qiyas Quliyev, eləcə də məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qiyas Quliyev Azərbaycanın tarixən milli və dini baxımdan hər zaman tolerant ölkə olduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmiz ərazisində azadlıq, dostluq mühitində yaşadıqlarını vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mənəvi dəyərlərin formalaşdığını qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir.
Daha sonra Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev və Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
.jpg)
