“Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusu müzakirə edilib
Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Qobustan rayon RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan Gənclər Evinin direktoru Anar Rzaqululiyev, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkələrin və xalqların tarixində, taleyində və milli həmrəyliyin möhkəmlənməsində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Respublikası cəmiyyətin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün multikulturalizm istiqamətində Prezident İlham Əliyevin məqsədyönlü şəkildə müəyyənləşdirdiyi yolla gedərək dünyaya müasir inkişafın yeni-yeni nümunələrini göstərir.


