Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2021

"Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusunda videoseminar keçirilib

İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu”  mövzusunda  videoseminar  keçirilib. 

Seminarda DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir Gənclər Evinin könüllüləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu barədə danışaraq bildirib ki, zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınan xalqımız tarixin ən çətin dövrlərində belə öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı qeyd edib ki, hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini də milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi təşkil edir.        

Videoseminar müzakirələrlə davam etdirilib