“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn seminar keçirilib
İyulun 28-də İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, GİKM-nın İsmayıllı nümayəndəliyinin direktoru İsmayıl Faxtıyev, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində oynadığı roldan bəhs ediblər. Qeyd edilib ki, milli dövlətçilik dəyərlərinin zənginləşdirilməsi və inkişafı üçün sağlam cəmiyyətin formalaşmasında gənclərin rolu böyükdür.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


