30.03.2018
Xaçmazda “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Qoçaqlı kəndində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz RİH başçısının Pirquluoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qürbət Qüdrətov, kənd bələdiyyəsinin sədri Fətulla Nurməhəmmədov və kənd ictimaiyyəti iştirak edib.
Əvvəlcə 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Komitəsinin bu sahədəki fəaliyyətindən geniş bəhs edib. Qeyd edib ki, əsrlər boyu Azərbaycan xalqı öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə qəsbkarlarla mübarizə aparıb, minlərlə soydaşımız bu yolda canından keçib.
Xaçmaz rayonu Pirquluoba kənd məscidinin dini ayin icraçısı Elman Mirzəbəkov İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdən nümunələr göstərməklə vətən sevgisinin dinimizdə rolu, şəhidlik zirvəsinin Allah qatındakı dəyərindən danışıb.
Tədbirdə DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” filmi iştirakçılara nümayiş olunub.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
.jpg)

