Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2016

Xaçmazda “Gənclərimizi radikal dini təmayüllü cərəyanların təsiri altına düşməkdən qoruyaq” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən  bölgələrdə tədbirlər keçirilməkdə davam edir.
Mayın 19-da Xaçmaz rayonu Müqtədir kənd “Şeyx Ömər” məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclərimizi radikal dini təmayüllü cərəyanların təsiri altına düşməkdən qoruyaq” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşı Tərxan Paşazadə, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatının İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xudat şəhəri 4 saylı məktəb-liseyin direktoru Ağabba Mövsümov, “Şeyx Ömər” məscidi dini icmasının sədri Məzahir Yəhyayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatının İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev açaraq bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi gənc nəsli radikalizmin fəsadları, cəmiyyətə vurduğu ziyanlar barədə məlumatlandırmaqdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir.
Daha sonra DQİDK-nın əməkdaşı Tərxan Paşazadə tədbirdə geniş məruzə ilə çıxış edib. O, çıxışında gənclərin və yeniyetmələrin xüsusi radikal qrupların təsiri altına düşməmələri üçün ideoloji mübarizənin rolunu vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən  və birgə mübarizə yollarından danışıblar.