Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.04.2016

Xaçmazda dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib

Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xaçmaz rayonu Müqtədir qəsəbəsi “Şeyx Ömər” məscidi dini icmasında “Gənclərimizi radikal dini təmayüllü cərəyanların təsiri altına düşməkdən qoruyaq” adlı layihə çərçivəsində Xaçmaz rayonu Qaraqurdlu kənd məscidində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Ceyhun Musayev, “Şeyx Ömər” məscidi dini icmasının sədri Məzahir Yəhyayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Xaçmaz rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Ceyhun Musayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, dini sahədə dövlətin həyata keçirdiyi tədbirlər öz bəhrəsini verməkdədir. Əvvəlki illərə nisbətən son dövrdə gənclər arasında radikallığa meyilli gənclərin sayı kifayət qədər azalıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir. E. Nurullayev vurğulayıb ki, dindarlar, gənclər radikal qruplara qoşulmamalı və radikalizmin qarşısını almaq üçün həmrəy olmalıdırlar.
Tədbirdə dini icma sədri Məzahir Yəhyayev və digərləri çıxış edərək radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.