Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2016

Xaçmazda dini radikalizmlə mübarizə məsələləri müzakirə olunub

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Nərəcan kənd məscidində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev ölkəmizdə mövcud olan tolerant mühitdən bəhs edib.
DQİDK-nin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev və Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə çıxışlarında İslamın terrorla eyniləşdirilməsi cəhdlərinə toxunaraq bunu səhv yanaşma adlandırıblar.
Tədbirdə o da vurğulanıb ki, dini zəmində baş verən müharibələr cəmiyyətin normal ahəngini pozur, onun psixoloji vəziyyətini mənfi tərəfə dəyişir.
Müzakirələrlə davam etdirilən tədbirin sonunda DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi nümayiş olunub.