Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.06.2017

Xaçmazda “Birliyimiz həmrəyliyimizdədir” layihəsinə start verilib

İyunun 22-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə yardımı, Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə məsciddə “Birliyimiz həmrəyliyimizdədir” adlı layihəyə start verilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Namik Osmanov bildirib ki, Azərbaycanda mövcud tolerant mühit sabitliyin qarantıdır. Dünyada din pərdəsi altında baş verən münaqişələrin yaranmasının səbəblərindən biri də tolerantlıq mühitinin olmaması ilə bağlıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev məruzəsində Azərbaycanda dövlət – din münasibətlərinə toxunmaqla yanaşı, dünyada, əsasən də Yaxın Şərqdə baş verən qarşıdurmalara diqqət çəkib. Natiq qeyd edib ki, əsas münaqişələr bir ölkə daxilində yaşayan vətəndaşların dini müstəvidə ortaq məxrəc tapmamaları ilə başlayıb, hazırda isə bu dairəni də aşaraq böyük bir arealda davam etməkdədir. E. Nurullayev vurğulayıb ki, birliyin, yekdilliyin və həmrəyliyin olmadığı yerlərdə bu cür münaqişələr qaçılmazdır. Çıxışının sonunda məruzəçi Azərbaycandakı həmrəyliyin əsrlərə söykənən tarixindən danışıb və bu gün bu həmrəyliyin Azərbaycan dövləti tərəfindən qorunub saxlanılmasından bəhs edib.   
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi iftar süfrəsi ilə davam edib.