Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.07.2017

Xaçmaz rayonunun Yalama kəndində maarifləndirici tədbir keçirilib

İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə yardımı və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə kənd məscidində “Birliyimiz həmrəyliyimizdədir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov və Yalama kəndinin ictimaiyyəti iştirak ediblər.
Tədbirdə giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev İslam həmrəyliyinin Azərbaycan modelinin dünya ölkələri tərəfindən maraqla qarşılandığını bildirib.
Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə Azərbaycanda dövlət – din münasibətlərinə toxunaraq qeyd edib ki, Azərbaycan dövləti dindarların rahat ibadət etmələri üçün yeni məscidlər tikdirir, sinaqoq və kilsələrin təmirini həyata keçirir. Həmrəylik təkcə müsəlmanlar arasında deyil, digər din nümayəndələri arasında da ən yüksək səviyyədədir.    
Tədbirin sonunda Dövlət Komitəsinin hazırladığı dini ədəbiyyat paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.