Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.08.2016

Xaçmaz rayonunda “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Xudatkənd kənd məscidində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev ölkənin hər yerində dini maarifləndirmə istiqamətində çoxsaylı tədbirlərin həyata keçirildiyini deyərək bu cür görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Dövlət Komitəsi respublikamızın bütün bölgələrində, hətta ən ucqar, ən kiçik kəndlərində maarifləndirmə tədbirləri keçirməklə radikalizmə meyillənmə hallarının kəskin azalmasına nail olub. DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev dövlətin dini radikalizmlə mübarizə sahəsində dini maarifləndirmə və ideoloji işin aparılmasına üstünlük verdiyini xatırladıb. DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə isə qeyd edib ki, dini radikalizmi yayan dini ədəbiyyatlar birmənalı olaraq Azərbaycana buraxılmır və ölkə daxilində də çapına razılıq verilmir.
Çıxışların ardınca iştirakçılara DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi təqdim edilib. Nümayişindən sonra müzakirələr aparılıb və iştirakçılara DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə olunub.