Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.12.2015

Vyetnamda rəsmi səfərdə olan YAP nümayəndə heyəti ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib

Vyetnam Kommunist Partiyası Hanoy şəhər komitəsi birinci katibinin müavini xanım Nqo Than Xanq, Vyetnnamın Xarici İşlər nazirinin müavini Vu Hong Nam, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycan Dövlət Universitetinin məzunu Nqem Vu Hay və onun müavinləri ilə görüşlər keçirilib.
Bundan başqa, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Xo Şi Min adına Vyetnam Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin birinci katibi Nguyen da Dç Vinlə görüş keçirib.
Görüşlərdə Vyetnamla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin, Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün görüşlər barədə yerli telekanallarda geniş reportajlar verilib.
Nümayəndə heyətinə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanli, YAP İcra katibliyinın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxıldır.