Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.04.2021

“Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” mövzusu müzakirə edilib

Aprel ayının 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” adlı onlayn seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev Azərbaycanda vətənpərvərliyin  gənclərə çox yüksək səviyyədə aşılandığını və Vətən müharibəsində bunun bir çox nümunələrinin olduğunu diqqətə çatdırıb. Çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov rayondakı şəhid ailələri və qazilərlə bağlı işin təşkilindən danışıb. Gədəbəy rayon “Cümə” məscidinin imamı Rövşən Mustafayev  dində şəhidlərə və qazilərə yüksək qiymət verildiyini bildirib.

Tədbir iştirakçıları şəhid ailələrinə  və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkürlərini  bildiriblər.