Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.08.2021

“Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusu müzakirə edilib

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Astara rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.  

Çıxışlar zamanı vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğu bildirilib. Eyni zamanda milli-mənəvi dəyərlərimizin təbliğ edilməsində dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyü qeyd edilib. Tədbir iştirakçıları, həmçinin Azərbaycan gənclərinin mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu vurğulayıblar. Məhz bu vətənpərvərliyin 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədə böyük rolunun olduğu diqqətə çatdırılıb.