Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.09.2017

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir

Sentyabrın 19-da İmişli rayonu Şahverdili kənd şəhid Fikrət Cəbrayılov adına tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və  müasirlik” layihəsi çərçivəsində  “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin ən önəmli tərkib hissəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin aparıcı məsləhətçisi Elbəy Dəmirov, İmişli  rayonu Şahverdili kənd  ”Əhli-beyt”  məscidi  dini icmasının sədri Elnur Abbasov, məktəbin direktoru Xurşud Əliyeva, həmin məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan  İmişli  rayonu Şahverdili kənd  “Əhli-beyt”  məscidi  dini icmasının sədri Elnur Abbasov layihə barədə məlumat verərək bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam düşüncəli gənclərin formalaşdırılmasıdır. Natiq onu da qeyd edib ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilir.
Tədbirdə DQİDK-nın Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev çıxış edərək bildirib ki, Vətəni sevmək, onu qorumaq çox önəmlidir. Bunun üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında  Azərbaycanda dövlət-din münasibətlərindən, vətənpərvərlikdən və eləcə də, milli-mənəvi dəyərlərimiz barədə daşıb.  O, həmçinin bildirib ki, gənclərimizdə vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq qarşıda duran əsas məqsəddir.
Sonda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.