Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2017

Vətənpərvərlik milli-mənəvi dəyərlər sisteminin tərkib hissəsidir

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Üçüncü Tala  kənd məscidi dini icması tərəfindən “Azərbaycanda İslam ənənələri” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, Üçüncü Tala kənd məktəbinin direktoru Alimə Qurbanova, dini icmanın sədri Hudul Dadalov məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Üçüncü Tala kənd məktəbinin direktoru Alimə Qurbanova milli-mənəvi dəyərlərimizin qorunmasında təhsilin əhəmiyyətindən danışıb, şagirdlərin elmə yiyələnməklə gələcəkdə cəmiyyət üçün yararlı fərd olacaqlarından bəhs edib.
Üçüncü Tala kənd məscidi dini icmasının sədri Hudul Dadalov gənc nəslin milli-mənəvi dəyərlərə sadiq olmalarının əhəmiyyətini vurğulayıb, vətənpərvərlik hissinin bu dəyərlər sisteminin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə gənclərin milli-mənəvi ruhda tərbiyə olunmasının, elmə yiyələnməyin əhəmiyyətindən söz açıb. Bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin borcudur.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.
 Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.