Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.05.2018

Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir

Mayın 1-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbində “ Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli, Zaqatala rayon Təhsil şöbəsinin nümayəndəsi Səadət Sofiyeva, məktəbin direktoru Nailə İsmayılova, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü açan məktəbin direktoru Nailə İsmayılova mövzunun əhəmiyyətindən danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı R. Həsənov çıxışında aprel döyüşlərində Azərbaycan gənclərinin göstərdiyi sücayətdən bəhs edib. Natiq eyni zamanda, aprel şəhidlərini bütün gənclər üçün Vətənpərvərlik nümunəsi adlandırıb.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev hüquqi müstəvidə dini radikalizmə və dini ekstremizmə qarşı görülən tədbirlər barədə ətraflı məlumat verib. Natiq gənclərin dövlət rəmzlərimizə, milli ədəbiyyatımıza, milli mədəniyyətimizə, ana dilimizə və mənəvi dəyərlərimizə daha sıx bağlı olmalarının vacibliyini diqqətə çatdırıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.