31.08.2017
Vətənə məhəbbət imandan gəlir
Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gədəbəy şəhəri “Cümə” məscidi dini icması tərəfindən “İslamın mənəvi və əxlaqi dəyərlərinin gənclərə aşılanması” layihəsi çərçivəsində “Vətənə məhəbbət imandan gəlir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşları Pərvin Zeynalov, Vüqar Əliyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşı Həsən Həsənli, dini icma sədri Rövşən Mustafayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Rövşən Mustafayev çıxışında tədbirlə bağlı məlumat verib və belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyindən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev çıxışında gənclərimizin milli və vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmindən danışıb. Bildirib ki, bunun üçün İslamın mənəvi və əxlaqi dəyərləri gənclərə aşılanmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

.jpg)
.jpg)