Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2018

Vətəndaşlara "Elektron hökumət" portalının imkanları barədə məlumat verilib

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tədbirlər Planına əsasən “Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbiri keçirilib.

Noyabrın 22-si Göygöl rayonunda baş tutan tədbirdə DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva Açıq hökumətin təşviqini vacib edən əsas prinsiplər və müddəalar haqqında danışıb.  O, bu prosesin xüsusilə ictimai maraq kəsb edən qərarların qəbul edilməsində ictimaiyyətin iştirakını genişləndirmək üçün elektron resurslardan istifadə edilməsi baxımından mühüm olduğunu bildirib.

İştirakçılara "Elektron hökumət" portalının imkanları, istifadəsi və əhəmiyyəti haqqında məlumat verən Yaqut Əliyeva, eyni zamanda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlər barədə informasiya verib. Dövlət Komitəsinin rəsmi saytının rahat və düzgün istifadə qaydalarını izah edib.

Sonda tədbir iştirakçılarına mövzunu özündə əks etdirən broşürlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.