30.08.2017
“Vətəndaş hüquq və azadlıqları” mövzusu müzakirə olunub
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Vətəndaş hüquq və azadlıqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev və şöbənin əməkdaşları, Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri R.Tağıyev 21 sentyabr “Beynəlxalq sülh günü” haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub. R.Tağıyev hazırda isə onun sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqlə xidmət etməsini önə çəkib.
Sonra tədbir diskussiya şəklində davam edib.
.jpg)
