Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2018

Vətən sevgisi imandandır

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Quba Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə kollecdə “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Laçın Səfərliyev, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri E. Nurullayev mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə öz müsbət təsirini göstərir.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, Vətən sevgisi gənc nəslin milli şüurunun inkişafında əsas aspektləri müəyyənləşdirir. Vurğulayıb ki, Vətəni müdafiə etmək üçün vicdanlı, mətin iradəli insanlara ehtiyac vardır. Biz çalışmalıyıq ki, bu Vətəni, bu torpağı bizə əcdadlarımız necə əmanət qoyublarsa, bizdən sonra gələn nəsillərə onu bütöv şəkildə təhvil verək.
Quba Dövlət Sosial – İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev və başqaları çıxışlarında dinimizin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyini vurğulayıblar.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.