Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.03.2018

Vətən sevgisi imandandır

Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Yalama kəndində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz RİH başçısının Yalama kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramik Qazıxanov, Yalama kənd tam orta məktəbinin direktoru Şahnamaz Zəvzixanov, Xaçmaz rayonu Yalama kənd dini icmasının sədri Namik Osmanov, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahnamaz Zəvzixanov bildirib ki, dini maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi vacibdir. Qeyd edib ki, yeniyetmə və gənclər düzgün dini biliklərə yiyələnmədikdə dini radikalizmin qurbanlarına çevrilirlər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov qeyd edib ki, gələcəyimiz olan uşaqlar əsl vətəndaş ruhunda tərbiyə olunmalıdırlar. Onun sözlərinə görə, vətəndaş ruhunda tərbiyə dedikdə onların yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur. Vurğulayıb ki, bunun üçün yeniyetmə və gənclərə Vətənimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrimizi öyrətməliyik. 
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib.